Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsinin cavabları açıqlanıb
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsinin nəticələri açıqlanıb.Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, iyulun 23-dən etibarən www.portal.edu.az platforması vasitəsilə 39 735 nəfərdən 150 354 müraciət daxil olub.
Məlumata görə, müraciətçilərdən 24 161 nəfər müsabiqədən keçib.
Müsabiqədən uğurla keçən namizədlər avqustun 25-i saat 18:00-dək qəbul olunduqları peşə təhsili müəssisəsinə tələb olunan sənədləri təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Agentlik bildirib ki, müəyyən edilmiş müddətdə qeydiyyatdan keçməyən və ya sənədlərini tam təqdim etməyən şəxslərin həmin ixtisas üzrə təhsil almaqdan imtina etdiyi hesab olunacaq.
Mənbə: anews.az