Image

Azərbaycan gömrükçüləri 17 ədəd mobil telefon aşkar edib

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları İstanbul-Bakı aviareysi ilə Azərbaycana gələn sərnişinin çamadanında bəyan edilməyən 17 mobil telefon və 190 ekran aşkarlayıblar.Bu barədə Komitədən bildirilib.

Məlumata görə, gömrük yoxlaması zamanı müxtəlif parametrlərə malik 17 ədəd "iPhone" markalı mobil telefon, həmçinin müxtəlif markalı mobil telefonlara aid 190 ekran və aksesuarlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti