Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb
Bərdə rayonunda üç avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib, dörd nəfər xəsarət alıb.
"Report"un məlumatına görə, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu Mehdili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı "Toyota Camry", "VAZ 2107" və "VAZ 21099" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən "Toyota Camry" və "VAZ 2107" aşaraq yolun sağ və sol kənarlarına düşüblər.
Hadisə nəticəsində xəsarət alan dörd nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Mənbə: anews.az