Image

Tütün məmulatlarının istehsalı 19%-ə yaxın artıb - rəsmi

 

Azərbaycanda 2026-cı ilin yanvar-iyulunda tütün məmulatlarının istehsalı 18,4%, qida məhsullarının istehsalı isə 9,6% artıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 

Hesabat dövründə içki istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,1% azalıb.

Qida sənayesinin əsas məhsulları arasında duru bitki yağlarının istehsalı 35,4% artıb. Tütün məhsullarından siqaret istehsalı isə illik müqayisədə 17,8% yüksəlib.

İçki istehsalında isə fərqli dinamika müşahidə olunub. Belə ki, viski və brendi istehsalı 36% azalıb.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti