2026-cı il dövlət büdcəsinin kəsiri 1,5 milyard manat gözlənilir
Azərbaycanın dövlət büdcəsinin kəsirinin 2026-cı ilin sonuna 1 milyard 497,6 milyon manat olacağı proqnozlaşdırılır. Bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Büdcə kəsirinin maliyyələşdirilməsi daxili borclanma hesabına cəlb ediləcək vəsait, vahid xəzinə hesabının sərbəst qalığı və məqsədli büdcə fondlarının vəsait qalığı hesabına həyata keçiriləcək.
Kəsirin ilin sonuna gözlənilən ÜDM-ə nisbətinin 1,1% təşkil edəcəyi bildirilir.
Eyni zamanda, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti üzrə də proqnoz yenilənib. Bu göstəricinin 2026-cı il üzrə ilkin proqnozlaşdırılan 18,8%-ə qarşı ilin sonunda 17,5% səviyyəsində olacağı gözlənilir.
Azərbaycanın 2026-cı il üzrə yenilənmiş makroiqtisadi proqnozlarında ÜDM-in nominal həcminin 138 milyard manat, real iqtisadi artımın isə 1,7% təşkil edəcəyi gözlənilir. Eyni zamanda, orta illik inflyasiya proqnozu 5,7%-ə yüksəldilib.
Gülnar Nazimqızı
Mənbə: anews.az