Tramp İranla müharibəyə görə ritorikasını sərtləşdirir
ABŞ Prezidenti Donald Tramp İranla müharibədə hərbi-siyasi çıxış yolunun tapılmaması və böhranın uzanması fonunda Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqlərinə qarşı təzyiq və sərt bəyanatlarını artırıb. Bu barədə "The Washington Post" (WP) nəşri analitiklərə istinadən xəbər verir.
Məlumata görə, Ağ Ev rəhbəri Tehran üzərində sürətli qələbənin təmin edilə bilməməsindən getdikcə daha çox narazıdır və bu vəziyyət onun Oman və regiondakı digər tərəfdaşlara münasibətində açıq şəkildə büruzə verir.
İsraillə birgə İrana qarşı başladılan zərbələrdən təxminən altı ay keçməsinə baxmayaraq, Vaşinqton Tehranı Hörmüz boğazının açılması da daxil olmaqla əsas güzəştlərə məcbur edə bilməyib.
Hərbi sursat ehtiyatlarının azalması səbəbindən yeni irimiqyaslı əməliyyatlardan çəkinən Tramp əsas diqqəti iqtisadi təzyiqlərə yönəltsə də, tətbiq olunan sərt sanksiyalar hələlik İran rəhbərliyinin mövqeyində heç bir dəyişikliyə gətirib çıxarmayıb.
N.Təbrizli
Mənbə: anews.az