Image

Böyük Britaniya Azərbaycanla vizasız rejim tətbiq edə bilərmi? - açıqlama

Böyük Britaniyanın Azərbaycan və ya digər ölkələrlə vizasız rejim tətbiq etməsi hazırda gözlənilmir. Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman bildirib. “Bu, xüsusi olaraq Azərbaycanla bağlı deyil. Böyük Britaniyanın hazırda başqa hər hansı ölkəyə vizasız rejim təklif edəcəyini düşünmürəm, çünki bu, siyasi baxımdan çox çətin məsələdir",- Norman deyib. Onun sözlərinə görə, ayrı-ayrı ölkələr üçün viza rejimi Böyük Britaniyanın ümumi miqrasiya siyasəti çərçivəsində müəyyən edilir. Səfir bildirib ki, miqrasiya hazırda Böyük Britaniyada ən mürəkkəb siyasi məsələlərdən biridir və vizasız rejimlə bağlı qərarlar da bu kontekstdə nəzərdən keçirilir. Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti