Image

İndoneziyada zəlzələ olub

İndoneziyanın Yava adası sahillərində 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri 125 mindən çox insanın yaşadığı Ranqkasbitunq şəhərindən 232 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.

Mənbə: anews.az

Xəbər lenti

İndoneziyada zəlzələ olub