BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək
BMT Təhlükəsizlik Şurası avqustun 24-də Ukraynadakı vəziyyəti müzakirə etmək üçün iclas keçirəcək.
BMT-nin Təhlükəsizlik Şurasının rəsmi saytında yayılan məlumata görə, iclasın gündəliyinə “Ukraynada sülh və təhlükəsizliyin qorunması” məsələsi daxil edilib.
İclasın Bakı vaxtı ilə saat 23:00-da başlanması planlaşdırılır.
İclasın təşəbbüskarları arasında Danimarka, Fransa, Yunanıstan, Latviya və Böyük Britaniyanın daxil olduğu “E5” qrupu yer alır.
Mənbə: anews.az