Image

Goranboyda yol qəzasında iki nəfər ölüb, xəsarət alan var

Goranboyda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107", "Mercedes" və daha bir minik maşınının toqquşması nəticəsində 2 nəfər ölüb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Qəza zamanı daha bir nəfər xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 40 dərəcə isti olacaq

Faktiki hava açıqlanıb

İndoneziyada zəlzələ olub