Image

Hindistan sahillərində yük gəmisi batıb; onlarla insan itkin düşüb

Panama bayrağı altında üzən yük gəmisi Hindistanın Odişa ştatının Paradip şəhəri sahillərindən təxminən 240 dəniz mili məsafədə, Benqal körfəzində batıb.Bu barədə "India Today" xəbər verir.

Hindistan Sahil Mühafizəsi və Hərbi Dəniz Qüvvələri axtarış-xilasetmə əməliyyatına başlayıb.

"Mv Ocean Winner" gəmisinin göyərtəsində 20-si Çin, 3-ü Myanma və 1-i Banqladeş vətəndaşı olmaqla 24 heyət üzvü olub.

İndiyədək iki heyət üzvü xilas edilib, 22 nəfərin axtarışı davam edir.

Məlumata görə, dəmir filizi daşıyan gəmi avqustun 20-də Paradip limanından yola düşüb və Sinqapura gedirmiş.

Gəminin batmasının səbəbi hələlik müəyyən edilməyib.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 40 dərəcə isti olacaq

Faktiki hava açıqlanıb

İndoneziyada zəlzələ olub