Tramp Hörmüz boğazını "ABŞ-nin yeni ərazisi" kimi göstərən xəritə paylaşıb
ABŞ Prezidenti Donald Tramp son günlər ikinci dəfə Hörmüz boğazını “ABŞ-nin yeni ərazisi” kimi göstərən Yaxın Şərq xəritəsini paylaşıb.
Tramp xəritəni “Truth Social” sosial şəbəkəsində yayıb.
Xəritədə Hörmüz boğazı dairəyə alınaraq “ABŞ-nin yeni ərazisi” kimi qeyd edilib.
Tramp daha əvvəl də Hörmüz boğazının ABŞ ərazisi elan edilə biləcəyini bildirib. O, ABŞ-nin bölgədəki hərbi-dəniz qüvvələrinin nəzarətini bu mövqeyinin əsaslarından biri kimi göstərib.
Beynəlxalq hüquqa əsasən isə Hörmüz boğazı ABŞ ərazisi hesab edilmir. Boğaz İran və Oman arasında yerləşir və onun bəzi hissələri bu ölkələrin ərazi sularından keçir.
İran ABŞ-nin Hörmüz boğazı üzərində nəzarət iddialarını rədd edib. Boğaz ətrafındakı vəziyyət Vaşinqtonla Tehran arasında gərginliyin əsas məsələlərindən biri olaraq qalır.
Mənbə: anews.az