Azərbaycanda 7 ayda 110,7 min pensiya, müavinət və təqaüd proaktiv təyin edilib
Azərbaycanda bu ilin yanvar-iyulunda 110,7 min pensiya, müavinət və təqaüd elektron infrastruktur üzərindən proaktiv qaydada təyin edilib.Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib.
Təyinatların 24,6 mini pensiya, 75,5 mini müavinət, 10,6 mini isə təqaüd olub.
Proaktiv təyinat mexanizmi sosial ödənişlərin vətəndaşın ayrıca müraciəti olmadan, elektron sistemlərdə mövcud məlumatlar əsasında həyata keçirilməsinə imkan verir.
Mənbə: anews.az