Ağdaşda kişi həyat yoldaşı və 17 yaşlı oğlunu bıçaqlamaqda şübhəli bilinir
Ağdaş rayonunun Ləki qəsəbəsində kişi həyat yoldaşı və 17 yaşlı oğluna kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinərək saxlanılıb. Bu barədə report məlumat yayıb.
Məlumata görə, 59 yaşlı Arzu Əhmədov münaqişə zəminində həyat yoldaşı Aygün Əhmədova və 17 yaşlı oğlu F.Əhmədova kəsici alətlə xəsarət yetirib.
Polis əməkdaşları tərəfindən şübhəli şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: anews.az