Image

FHN ötən həftə 714 hadisə üzrə qəza-xilasetmə əməliyyatı aparıb

Azərbaycanda ötən həftə ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən 714 hadisə üzrə qəza-xilasetmə əməliyyatı həyata keçirilib.

FHN-dən verilən məlumata görə, əməliyyatların 682-si yanğına çıxış, 28-i köməksiz vəziyyətdə qalma, 3-ü avtonəqliyyat qəzası, 1-i isə partlayış faktı ilə bağlı olub.

Hadisələr zamanı FHN əməkdaşları tərəfindən 36 nəfər xilas edilib. Onlardan 3-ü azyaşlı olub.

Yanğınlar zamanı 12 nəfər təxliyə edilib, onlardan 3-ü azyaşlıdır.

Hadisələr nəticəsində 3 nəfər xəsarət alıb, 6 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Gülnar 

Mənbə: anews.az

Xəbər lenti