Image

Lənkəran xəstəxanasına yeni direktor təyin edilib

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına Oktay Əmənullayev direktor təyin edilib. Bu barədə iqtisadiyyat.az məlumat yayıb. 

TƏBİB-in İcraçı direktoru Anar Bayramovun müvafiq əmri ilə bu vəzifəyə təyin olunan Əmənullayev bundan əvvəl Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.

İxtisasca terapevt olan Əmənullayev 2020-2025-ci illərdə Astara Rayon Mərkəzi Xəstəxanasına rəhbərlik edib. O, 2025-ci ildən yeni təyinatına qədər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru olub.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının əvvəlki direktoru Nuridə Məmmədova avqustun əvvəlində yaşayış yerini dəyişməsi ilə əlaqədar öz ərizəsi əsasında vəzifəsindən azad edilib. Məmmədova 2025-ci ilin avqustundan Lənkəran Rayon Mərkəzi Xəstəxanasına rəhbərlik edib.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti