Image

Bakıda avtomobil piyadanı vurub, 32 yaşlı kişi ölüb

Bakının Xətai rayonunda avtomobilin piyadanı vurması nəticəsində 32 yaşlı kişi ölüb.

Hadisə Yusif Səfərov küçəsində baş verib. Pərviz Rəsulovun idarə etdiyi “Toyota Camry” markalı avtomobil yolu keçən 1994-cü il təvəllüdlü Samir Əlizadəni vurub. Hadisə zamanı piyada xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Samir Əlizadə aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində vəfat edib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanıb və hadisənin səbəbləri, həmçinin qəzanın başvermə şəraiti araşdırılır.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb