Bakıda ölüm sayına görə Sabunçu birinci olub - statistika
Azərbaycanda 2026-cı ilin yanvar-iyununda ən çox ölüm halı Bakıda qeydə alınıb - paytaxtda 7 491 nəfər ölüb. Bu, ölkə üzrə qeydə alınan 30 625 ölüm halının təxminən dörddə birini təşkil edib. Bu barədə Dövlət Stastistika Komitəsindən bildirilib.Bakının rayonları arasında ən çox ölüm Sabunçuda - 1 057, Binəqədidə - 882, Yasamalda - 815, Suraxanıda - 781 və Xətaidə - 680 nəfər olub.
İqtisadi rayonlar üzrə Bakıdan sonra ən yüksək göstərici Lənkəran-Astara iqtisadi rayonunda - 2 623 ölüm halı ilə qeydə alınıb.
Qarabağ iqtisadi rayonunda 2 416, Qazax-Tovuzda 2 377, Mərkəzi Aranda 2 262, Şəki-Zaqatalada isə 1 976 ölüm halı olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə düşən ölüm hallarının sayı 5,8-dən 6,0-a yüksəlib.
Eyni dövrdə Azərbaycanda 40 798 uşaq doğulub və təbii artım 10 173 nəfər təşkil edib.
Ölkə əhalisinin sayı 2026-cı il iyulun 1-nə 10,273 milyon nəfərə çatıb.
Gülnar Nazimqızı
Mənbə: anews.az