Image

ASCO-nun 13 min tonluq “Babək” tankeri əsaslı təmirdən sonra istismara qaytarılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyat Donanmasına məxsus “Babək” tankeri əsaslı təmirdən sonra yenidən istismara verilib. Bu barədə ASCO-dan məlumat verilib. 

Təmir zamanı gəminin baş və köməkçi mühərrikləri əsaslı təmir olunub, avar valı sazlanaraq quraşdırılıb və elektrik avadanlıqları yenilənib. Gəminin göyərtə və maşın şöbəsində boru quraşdırma işləri də aparılıb.

Tankerin sualtı və suüstü hissələri, göyərtəsi və maşın şöbəsi təmizlənərək rənglənib, heyətin yaşayış və xidməti otaqları təmir olunub.

Təmir işləri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda həyata keçirilib. İşlər başa çatdıqdan sonra “Babək” dəniz sınağından uğurla keçib.

 150 metr uzunluğunda və 17 metr enində olan “Babək” tankerinin yükgötürmə qabiliyyəti 13 min tondur. Gəmi ASCO-nun Dəniz Nəqliyyat Donanmasının tərkibində fəaliyyət göstərir.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb