"Azərişıq” selin vurduğu zərəri aradan qaldırmaq üçün 12 milyon xərcləyəcək
“Azərişıq” ASC Bakı, Sumqayıt və bir sıra rayonlarda işlərin görülməsi üçün “YUQ Construction” MMC ilə 12 milyon 104 min 763 manatlıq müqavilə bağlayıb. Bu barədə tenderlərlə bağlı rəsmi elan saytında məlumat paylaşılıb.Müqavilə Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarında görüləcək işləri əhatə edir.
Satınalmanın qalibi “YUQ Construction” MMC olub. Müqavilənin nəticələri avqustun 24-də portalda açıqlanıb.
“Azərişıq” ASC Azərbaycanda elektrik enerjisinin paylanmasını və istehlakçılara çatdırılmasını həyata keçirən dövlət şirkətidir.
Gülnar Nazimqızı
Mənbə: anews.az