Image

Oğuzda avtomobil qəzasında 7 nəfər xəsarət alıb

 

Oğuz rayonunda “Mercedes” markalı avtomobilin aşması nəticəsində 7 nəfər xəsarət alıb. Bu barədə report məlumat yayıb.

Hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistralının Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib.

Qəza nəticəsində sürücü, 37 yaşlı Aybəniz Sadıqova, sərnişinlər 66 yaşlı Mirvari Balammədova, 65 yaşlı Arzu Əliyev, 71 yaşlı Ramiz Balammədov, 13 yaşlı Nərmin Sadıqova, 10 yaşlı Nərgiz Sadıqova və 2 yaşlı Nuran Sadıqova müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti