Ən aşağı pensiya Füzulidə, ən yüksək Bakıdadır - rəqəmlər
Azərbaycanda orta aylıq pensiyanın ən aşağı məbləği Füzuli, Balakən və Yardımlı rayonlarında qeydə alınıb. Füzulidə orta pensiya 438,27 manat, Balakəndə 442,42 manat, Yardımlıda isə 449,68 manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
2026-cı il iyulun 1-nə Azərbaycanda pensiyaçıların sayı 1,1 milyon nəfərə yaxın olub. Təyin edilmiş pensiyaların orta aylıq məbləği isə 594,40 manat təşkil edib.
Ölkə üzrə ən yüksək orta aylıq pensiya Bakı şəhərində qeydə alınıb. Paytaxtda 397 067 pensiyaçıya düşən orta pensiya 817,65 manat olub. Bu, ölkə üzrə orta göstəricidən təxminən 223 manat və ya 38% çoxdur.
İqtisadi rayonlar üzrə ən yüksək göstəricilərdən biri Qarabağda qeydə alınıb - 457,23 manat. Gəncə-Daşkəsən iqtisadi rayonunda orta aylıq pensiya 472 manat, Şirvan-Salyanda 470,08 manat, Quba-Xaçmazda isə 461,84 manat olub.
Ən aşağı göstəricilər Şəki-Zaqatala iqtisadi rayonunda 451,01 manat, Lənkəran-Astarada 452,81 manat, Mil-Muğanda isə 454,35 manat təşkil edib.
Ayrı-ayrı ərazilər üzrə Zəngilanda orta aylıq pensiya 501,39 manat, Şirvanda 498,04 manat, Sumqayıtda 493,80 manat, Xızıda isə 445 manat olub.
2026-cı ilin əvvəlindən Azərbaycanda pensiyalar orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 9,3% indeksləşdirilib. ƏƏSMN-in məlumatına görə, iyulun 1-nə ölkədə orta aylıq pensiya ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 10% artaraq 594 manata, yaşa görə orta pensiya isə 632 manata çatıb.
2025-ci il iyulun 1-də ölkədə 1,103 milyon pensiyaçı olub və orta aylıq pensiya 538,1 manat təşkil edib.
Gülnar Nazimqızı
Mənbə: anews.az