Image

Lənkəran-Astara sosial yardım alanların sayına görə ilk sıradadır

 

Azərbaycanda ünvanlı dövlət sosial yardımı alanların ən böyük hissəsi Lənkəran-Astara iqtisadi rayonunun payına düşüb. 2026-cı il iyulun 1-nə bu iqtisadi rayonda 64 038 nəfər sosial yardım alıb. Bir nəfərə düşən orta aylıq yardımın məbləği isə 99,10 manat olub. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 

Ölkə üzrə ünvanlı dövlət sosial yardımı alan ailə üzvlərinin sayı 349 278 nəfər təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 035 nəfər və ya 1,1% azdır.

2025-ci il iyulun 1-də sosial yardım alanların sayı 353 313 nəfər, bir nəfərə düşən orta aylıq yardımın məbləği isə 100,37 manat olub.

Bir il ərzində adambaşına düşən orta yardım məbləği 2,43 manat və ya 2,4% azalıb.

2026-cı ilin iyulunda Bakıda 39 227 nəfər ünvanlı sosial yardım alıb. Paytaxtda bir nəfərə düşən orta aylıq yardım 95,89 manat təşkil edib. 

Digər iqtisadi rayonlarda sosial yardım alanların sayı belə olub:

Qarabağda 25 343, Qazax-Tovuzda 26 154, Gəncə-Daşkəsəndə 28 974, Şirvan-Salyanda isə 24 029 nəfər.

Rayonlar üzrə adambaşına ən yüksək orta aylıq yardım Ağdərə rayonunda - 112,45 manat qeydə alınıb. Qazax-Tovuz iqtisadi rayonunda bu göstərici 101,11 manat, Şəmkirdə 103,38 manat, Gədəbəydə 101,97 manat olub.

Ən aşağı göstəricilərdən biri Qax rayonunda - 93,03 manat qeydə alınıb. Balakəndə bu məbləğ 96,42 manat, Şərqi Zəngəzur iqtisadi rayonunda 94,97 manat, Kəlbəcərdə isə 96,22 manat təşkil edib.

Ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrin gəlirləri ilə dövlət tərəfindən müəyyən edilən ehtiyac meyarı arasındakı fərq əsasında hesablanır. 2026-cı il üçün ehtiyac meyarı adambaşına 300 manat müəyyən edilib.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb