Sahibə Qafarova Serbiyaya səfər edəcək
Milli Məclisin sədri Sahibə Qafarova Serbiyaya səfər edəcək.
"Report"un məlumatına görə, o, Qoşulmama Hərəkatının Serbiyanın paytaxtı Belqrad şəhərində 31 avqust - 1 sentyabr tarixlərində keçiriləcək konfransında Azərbaycanı təmsil edəcək.
Toplantı 1961-ci il sentyabrın 1-də Serbiyanın paytaxtında keçirilmiş Qoşulmama Hərəkatının ilk Konfransının 65-ci ildönümünə həsr olunacaq.
Mənbə: anews.az