Bakı Fond Birjası regional "Tabadul" platformasına qoşulur
Bakı Fond Birjası (BFB) regional bazarlara çıxış imkanlarını genişləndirmək məqsədilə "Tabadul" rəqəmsal ticarət platforması üzrə test proseslərini davam etdirir. Bunu BFB İdarə Heyətinin sədri Ruslan Xəlilov bildirib.
Onun sözlərinə görə, layihə çərçivəsində Azərbaycanın yerli broker şirkətlərinin platforma vasitəsilə tərəfdaş ölkələrin birja bazarlarına birbaşa qoşulması mexanizmi sınaqdan keçirilir.
BFB rəhbəri qeyd edib ki, layihə üzrə baza testlərinin ilin sonunadək yekunlaşdırılması, növbəti ilin əvvəlində isə ilk rəsmi ticarət əməliyyatının ("Go Live") həyata keçirilməsi hədəflənir.
Layihənin tam gücü ilə fəaliyyət göstərməsi və distansion (remote) brokerlik mexanizmlərinin tətbiqi üçün qanunvericilik bazasında müvafiq uyğunlaşdırma işləri aparılacaq.
N.Təbrizli
Mənbə: anews.az