Bakıda 220 yerlik Bilgəh incəsənət məktəbi açılıb - Mehriban Əliyeva açılışda iştirak edib
Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Bakının Nəsimi rayonunda 352 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov körpələr evi-uşaq bağçasında görülən işlər barədə məlumat verib.
Bildirilib ki, 116 yerlik uşaq bağçası kimi istifadəyə verilən müəssisə 1972-ci ildən eşitmə qabiliyyəti pozulmuş uşaqların respublika ixtisaslaşdırılmış körpələr evi-uşaq bağçası kimi fəaliyyət göstərib. Hazırda isə 352 saylı körpələr evi-uşaq bağçası kimi fəaliyyətini davam etdirir.
Heydər Əliyev Fondunun dəstəyi ilə binada əsaslı təmir işləri aparılıb və yeni korpus inşa olunub.
Yeni körpələr evi-uşaq bağçasında eşitmə qabiliyyəti pozulmuş uşaqlar üçün xüsusi qrup saxlanılmaqla, uşaqların məktəbəqədər təhsil və tərbiyə almalarına hər cür şərait yaradılıb. Eşitmə qabiliyyəti pozulmuş uşaqlar üçün burada 36 yerlik ikimərtəbəli əlavə korpus inşa olunub.
Körpələr evi-uşaq bağçasında surdoloq, oyun və yataq otaqları, idman, tədbir, musiqi və rəqs zalları, tibb, geyinib-soyunma və müəllimlər otaqları var. Surdoloq kabinetləri, dərs, oyun otaqları zəruri avadanlıqlar və mebellərlə təmin olunub.
Uşaqlar üçün açıq havada oyun və idman meydançaları salınıb, söhbətgahlar quraşdırılıb.
16:32
Bakının Bilgəh qəsəbəsində 220 yerlik yeni incəsənət məktəbi istifadəyə verilib.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva məktəbin açılış mərasimində iştirak ediblər.
Mədəniyyət naziri Adil Kərimli yeni incəsənət məktəbində yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, məktəb Bilgəh qəsəbə Mədəniyyət Evi, 27 nömrəli uşaq musiqi məktəbi və Sabunçu rayon mərkəzləşdirilmiş kitabxana sisteminin 10 nömrəli kitabxana filialının fəaliyyətlərinin optimallaşdırılması nəticəsində yaradılıb.
Yeni məktəb binası Heydər Əliyev Fondu tərəfindən inşa edilib. Buna qədər Bilgəh qəsəbə Mədəniyyət Evinin 1987-ci ildə tikilmiş inzibati binası uzun müddət istifadə olunduğundan yararsız vəziyyətə düşmüşdü.
Məktəbdə musiqi, nəzəriyyə, xor, fotoqrafiya, rəssamlıq, heykəltəraşlıq və dizayn otaqları, həmçinin xoreoqrafiya və akt zalları yaradılıb. Təhsil müəssisəsində kitabxana, yeməkxana və qarderob da fəaliyyət göstərəcək.
Bina zəruri mebel, avadanlıq və əyani vəsaitlərlə təchiz edilib. Məktəbin ərazisində abadlıq və yaşıllaşdırma işləri də aparılıb.
Mənbə: anews.az