İran Prezidentinin qızı Mehriban Əliyevanı təbrik edib
İran Prezidenti Məsud Pezeşkianın qızı Zəhra Pezeşkian Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib.Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Zəhra Pezeşkian təbrik məktubunda Mehriban Əliyevaya uzun ömür, möhkəm cansağlığı və uğurlar, Azərbaycan Respublikasına isə tərəqqi və rifah arzulayıb.
O, İran və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin dərin köklərə malik olduğunu vurğulayıb və iki ölkənin qadınlarının bu müştərək irsin qorunmasında mühüm rol oynadığını qeyd edib.
Məktubda Mehriban Əliyevanın sosial, mədəni və beynəlxalq sahələrdəki fəaliyyətinin yüksək qiymətləndirildiyi bildirilib.
Mənbə: anews.az