Image

Bakı Fond Birjası istiqrazların ticarətini tam avtomatlaşdırıb

“Bakı Fond Birjası” QSC (BFB) istiqrazların ikinci bazarında əməliyyatların avtomatlaşdırılması istiqamətində işləri davam etdirir və yeni sistemin ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.

BFB İdarə Heyətinin sədri Ruslan Xəlilov bildirib ki, yeni funksionallıq investorlara brokerlər vasitəsilə dövriyyədə olan istiqrazları avtomatlaşdırılmış qaydada alıb-satmaq imkanı yaradacaq.

Onun sözlərinə görə, istiqrazların «clean price» və «dirty price» üzrə hesablanma qaydaları bazar iştirakçıları və Azərbaycan Kapital Bazarı Assosiasiyası ilə tam razılaşdırılıb.

«Sistem təxminən üç ay ərzində hazırlanaraq test olunacaq və ilin sonuna qədər təhvil veriləcək»- o bildirib.

Xəlilov ikinci bazarda «PAŞA Bank» və «Azərbaycan Beynəlxalq Bankı» səhmlərinin ticarət həcmlərinin və likvidliyinin qənaətbəxş olduğunu qeyd edib.

O, həmçinin rəqəmsallaşma və maliyyə savadlılığının artması fonunda xarici şirkətlərin də Azərbaycan kapital bazarına maraq göstərdiyini, hazırda ilkin məlumat mübadiləsi mərhələsində danışıqların aparıldığını diqqətə çatdırıb.

N.Təbrizli

 

Mənbə: anews.az

Xəbər lenti