Azərbaycana mal əti idxalı 42,3% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyun aylarında iribuynuzlu heyvan əti idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 42,3% artıb, quş əti və onun əlavə məhsullarının idxalı isə 6% azalıb. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.
Hesabat dövründə ölkəyə 7 045,6 ton iribuynuzlu heyvan əti idxal edilib. İdxalın dəyəri 27,7 milyon dollar təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu məhsulun idxalı dəyər ifadəsində 44,7% artıb.
Eyni zamanda, yanvar-iyun aylarında Azərbaycana 14 721,9 ton quş əti və onun əlavə məhsulları gətirilib. Bu məhsulların ümumi idxal dəyəri 23,4 milyon dollar olub.
Quş əti və əlavə məhsullarının idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsində 6%, dəyər ifadəsində isə 5,5% azalıb.
Gülnar Nazimqızı
Mənbə: anews.az