Sabah Cəlilabadın 12 yaşayış məntəqəsində işıq olmayacaq
Sabah Cəlilabad rayonunun 12 yaşayış məntəqəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
“Report”un məlumatına görə, buna səbəb 35 kV-luq “Göytəpə” yarımstansiyasını qidalandıran hava xəttində aparılacaq təmir işləridir.
Məhdudiyyət sabah saat 11:00-dan 13:00-dək davam edəcək. Bu müddətdə 8 270 abonentin elektrik enerjisi ilə təchizatında fasilə yaranacaq.
Elektrik enerjisinin verilişi Göytəpə şəhəri, Kazımabad, Muğan, Maşlıq, Söyüdlü, Privolnoye, Ağdaş, Oğrubulaq, Fətullaqışlaq, Komanlı, Həziabad və Alaşar yaşayış məntəqələrində məhdudlaşdırılacaq.
Mənbə: anews.az