XİN: Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir
Azərbaycan Xarici İşlər Nazirliyi Goranboy rayonunun Ballıqaya kəndində dinc azərbaycanlılara qarşı törədilmiş qətliamın 34-cü ildönümü ilə bağlı açıqlama yayıb. Bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
Nazirlik bildirib ki, avqustun 28-i Ballıqaya kəndində Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş qətliamın 34-cü ildönümüdür.
“Ballıqayada həlak olan günahsız insanların xatirəsini dərin ehtiramla yad edir, törədilmiş insanlıq əleyhinə cinayətlərin hüquqi qiymət almasının və günahkarların ədalət qarşısında cavab verməsinin vacibliyini bir daha vurğulayırıq”, - paylaşımda qeyd olunub.
Mənbə: anews.az