Image

"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb - Yenilənib

“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın “Tvente” klubuna məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda cavab oyununda rəqibini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edib.

Matçın əsas vaxtı “Tvente”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Qarabağ”ın heyətində Kadi Borges 59-cu dəqiqədə hesabı açıb. Marko Pyatsa 80-ci dəqiqədə tarazlığı bərpa edib, Maks Bruns isə 90+2-ci dəqiqədə qonaqları önə keçirib.

Niderlandda keçirilən ilk oyunda 1:0 hesabı ilə qalib gələn “Qarabağ”ın ümumi hesabı bərabərləşdiyindən qarşılaşma əlavə vaxta uzanıb. Vaut Veqhorst 94-cü dəqiqədə “Tvente”nin üçüncü qolunu vurub. Marko Yankoviç  106-cı dəqiqədə Azərbaycan təmsilçisini azlıqda qoyub. Yunes Taha 115-ci dəqiqədə hesabı 4:1-ə çatdırıb.

Beləliklə, “Qarabağ” ardıcıl 12 mövsümdən sonra ilk dəfə avrokubokların əsas mərhələsində mübarizəni davam etdirə bilməyib.

***

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyunu başlayıb.

Matç Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Qarşılaşmanı norveçli FIFA referisi Rohit Saqqi idarə edir.

Görüş hava şəraiti ilə əlaqədar 15 dəqiqə gec start götürüb.

Komandalar arasında Niderlandda baş tutan ilk oyun "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Mənbə: anews.az

Xəbər lenti