Image

Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Bakının bir sıra ərazilərində avqustun 28-də təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.Bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Məlumata görə, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Xıdır Mustafayev, Xaqan Dadaşov və Vasif Əliyev küçələrinin bir sıra hissələrində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Nərimanov RETSİ-nin ərazisində Aşıq Alı və Yəhya Bakuvi küçələrinin bəzi hissələrində saat 09:00-dan 13:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Suraxanı rayonunun Hövsan bağları, Kondisioner bağları və Hövsan-Türkan yolu bağlar massivlərinin bir hissəsində saat 10:00-dan 16:00-dək planlı fasilə tətbiq olunacaq.

Bundan başqa, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində 6 kV-luq “Asfaltzavod” hava xəttində aparılacaq yenidənqurma işləri ilə əlaqədar saat 10:00-dan 15:00-dək Xocasən-Sədərək yolunun hər iki tərəfində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

“Azərişıq” bildirir ki, işlər elektrik enerjisinin verilişinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan yük tələbatının qarşılanması məqsədilə aparılır.

Mənbə: anews.az

Xəbər lenti