"Qarabağ" - "Tvente" oyunu başlayıb - Canlı
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyunu başlayıb.
Matç Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Qarşılaşmanı norveçli FIFA referisi Rohit Saqqi idarə edir.
Görüş hava şəraiti ilə əlaqədar 15 dəqiqə gec start götürüb.
Komandalar arasında Niderlandda baş tutan ilk oyun "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Mənbə: anews.az