Image

Tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı araşdırma aparılır

Tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır. Bu barədə  Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Hadisənin bütün hallarının, o cümlədən Ziya Muradovun ölümünün səbəbinin və başvermə şəraitinin müəyyən edilməsi istiqamətində zəruri prosessual hərəkətlər həyata keçirilir.

"Toplanmış materialların nəticələrinə əsasən hadisəyə qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət veriləcək", - məlumatda vurğulanıb.

Mənbə: anews.az

Xəbər lenti