Azərbaycanın İrandakı diplomatik nümayəndəlikləri müharibə şəraitində işləyən korpus siyahısına daxil edilib
Azərbaycanın diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyət göstərdikləri müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərin siyahısına İran da daxil edilib. Bu barədə Baş nazir Əli Əsədovun imzaladığı Qərarda deyilir.
Baş nazirin qərarı ilə diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi qaydalarında dəyişiklik edilib.
Bu Qərar 2026-cı il 1 mart tarixindən tətbiq edilir və 2026-cı il 31 dekabr tarixinədək qüvvədədir.
Mənbə: anews.az