Azərbaycanda orta ixtisas təhsili müəssisələrində professor-müəllimlərin sayı azalıb
Azərbaycanda dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində əsas heyətdə çalışan professor-müəllimlərin sayı 2025/2026-cı tədris ilində əvvəlki illə müqayisədə 22 nəfər və ya 0.3% azalaraq 6,352 nəfərə düşüb. Bu barədə Dövlət Statstika Komitəsindən bildirilib.
2024/2025-ci tədris ilində orta ixtisas təhsili müəssisələrində 6,374 professor-müəllim çalışıb. Elmi dərəcəsi olan müəllimlərin sayında da azalma qeydə alınıb. Elmlər doktorlarının sayı 11-dən 9-a, fəlsəfə doktorlarının sayı isə 105-dən 104-ə düşüb. Beləliklə, elmi dərəcəsi olan müəllimlərin ümumi sayı 116-dan 113-ə enib.
Elmi adı olan professorların sayı dəyişməyərək 10 nəfər qalıb, dosentlərin sayı isə 33-dən 31-ə düşüb.
Bu göstəricilər əsasında 2025/2026-cı tədris ilində orta ixtisas təhsili müəssisələrində çalışan professor-müəllimlərin cəmi 1.8%-nin elmi dərəcəsi olub.
Gülnar Nazimqızı
Mənbə: anews.az