Qalibaf: Hörmüz boğazında vəziyyət müharibədən əvvəlki vəziyyətə qayıtmayacaq
İran Parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf Hörmüz boğazında vəziyyətin müharibədən əvvəlki vəziyyətə qayıtmayacağını bildirib. Qalibaf bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Bu müharibənin məntiqi aydındır: ya hər şey, ya da heç nə”, - o qeyd edib.
Qalibafın sözlərinə görə, İranın neft sata bilmədiyi bölgələrdə digər ölkələrin də neft satmasına imkan verilməməlidir.
“Bizim təhlükəsizliyimiz təmin edilməsə, heç bir infrastruktur təhlükəsiz olmayacaq. Boğazın təhlükəsizliyi isə yalnız Amerika qüvvələrinin orada olmaması halında mümkündür”, - parlament sədri yazıb.
O əlavə edib ki, İran tərəfi dəfələrlə Hörmüz boğazında vəziyyətin müharibədən əvvəlki vəziyyətə qayıtmayacağını bəyan edib.
İran Parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf Hörmüz boğazında vəziyyətin müharibədən əvvəlki vəziyyətə qayıtmayacağını bildirib.
Qalibaf bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Bu müharibənin məntiqi aydındır: ya hər şey, ya da heç nə”, - o qeyd edib.
Qalibafın sözlərinə görə, İranın neft sata bilmədiyi bölgələrdə digər ölkələrin də neft satmasına imkan verilməməlidir.
“Bizim təhlükəsizliyimiz təmin edilməsə, heç bir infrastruktur təhlükəsiz olmayacaq. Boğazın təhlükəsizliyi isə yalnız Amerika qüvvələrinin orada olmaması halında mümkündür”, - parlament sədri yazıb.
O əlavə edib ki, İran tərəfi dəfələrlə Hörmüz boğazında vəziyyətin müharibədən əvvəlki vəziyyətə qayıtmayacağını bəyan edib.
Mənbə: anews.az