Image

Azərbaycanda uşaq teatrlarında tamaşaların sayı 10% azalıb

Azərbaycanda 2025-ci ildə uşaq teatrlarında nümayiş olunan tamaşaların sayı əvvəlki illə müqayisədə 10,1% azalaraq 1 208-ə düşüb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

 

2024-cü ildə ölkədə fəaliyyət göstərən 9 uşaq teatrında 1 344 tamaşa nümayiş etdirilib.  Bir il ərzində tamaşaların sayı 136 ədəd azalıb.

 

2025-ci ildə uşaq teatrlarına 116 min nəfər tamaşaçı gəlib. 2024-cü ildə bu göstərici 109 min nəfər olub. Beləliklə, tamaşaçıların sayı il ərzində 6,4% və ya 7 min nəfər artıb.

 

 2024-cü ildə hər tamaşaya orta hesabla 81 tamaşaçı düşdüyü halda, 2025-ci ildə bu göstərici 96 nəfərə yüksəlib.

 

Ölkədə fəaliyyət göstərən uşaq teatrlarının sayı isə dəyişməyərək 9 olaraq qalıb.

 

Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti

Kəlbəcərə dolu yağıb