Putin Si Cinpin, Ərdoğan və Pezeşkianla görüşəcək
Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkekdə ikitərəfli görüş keçirəcəklər.Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, görüşdə ikitərəfli əməkdaşlıq və mühüm beynəlxalq məsələlər müzakirə olunacaq. Həmin gün Putinin Hindistanın Baş naziri Narendra Modi və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə də görüşləri planlaşdırılır.
Sentyabrın 1-də isə Rusiya liderinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü nəzərdə tutulub. Uşakov bildirib ki, danışıqlarda Qara dəniz hövzəsindəki vəziyyət, Ukrayna məsələsi və ticarət-iqtisadi sahədə ikitərəfli əməkdaşlıq müzakirə olunacaq.
Həmin gün Putinin İran Prezidenti Məsud Pezeşkianla da görüşü keçiriləcək. Uşakov Yaxın Şərqdəki vəziyyət və İran ətrafında yaranmış durum fonunda görüşün aktual olduğunu bildirib.
Rusiya Prezidenti avqustun 31-dən sentyabrın 1-dək Bişkekdə səfərdə olacaq və burada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcək.
Mənbə: anews.az