Image

ABŞ hərbçiləri Ekvador narkokartelinin gəmisini ələ keçirib

ABŞ hərbçiləri Sakit okeanın şərq hissəsində Ekvadorun “Los Choneros” narkokartelinin maraqları üçün istifadə edildiyi bildirilən gəmini ələ keçirərək batırıblar.Bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) məlumat yayıb.

Məlumata görə, ABŞ dəniz piyadaları və hərbçiləri “San Antonio” desant gəmisindən həmin gəmiyə daxil olaraq baxış keçirib və göyərtədə olan şəxsləri saxlayıblar. Əməliyyat insidentsiz başa çatıb.

Saxlanılan şəxslər Ekvadora təhvil verilib, bundan sonra ABŞ hərbçiləri gəmini batırıblar.

SOUTHCOM bildirib ki, əməliyyat Ekvador hökuməti ilə koordinasiya və əməkdaşlıq şəraitində həyata keçirilib.

Komandanlığın məlumatına görə, gəmi üzən yanacaqdoldurma məntəqəsi kimi istifadə olunub və Sakit okeanın beynəlxalq sularında narkotiklərin qanunsuz daşınmasına dəstək verib.

ABŞ kəşfiyyatının məlumatına əsasən, gəmi Ekvadorun ən böyük narkokartellərindən biri olan “Los Choneros”un maraqları çərçivəsində fəaliyyət göstərib.

Mənbə: anews.az

Xəbər lenti

Kəlbəcərə dolu yağıb