Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 626-ya çatıb
Nepalda buzlaqın çökməsi nəticəsində baş verən güclü sel və daşqınlar nəticəsində ölənlərin sayı 626-ya yüksəlib.Bu barədə Nepalın fövqəladə hallar üzrə qurumları məlumat yayıb.
Əvvəlki məlumatda ölənlərin sayının 579 olduğu, 2 mindən çox şəxsin isə itkin düşdüyü bildirilirdi.
Nepal-Çin sərhədində buzlaqın çökməsindən sonra yaranan sel və daşqınlar genişmiqyaslı dağıntılara səbəb olub. Fəlakət nəticəsində yaşayış məntəqələri, yollar, körpülər və enerji infrastrukturu ciddi zərər görüb.
Bölgədə axtarış-xilasetmə əməliyyatları davam edir.
Mənbə: anews.az