Türkiyədə meşə yanğınları baş verib, sakinlər təxliyə edilir
Türkiyənin Muğla və Balıkesir vilayətlərində meşəlik ərazilərdə yanğınlar baş verib.Bu barədə “Anadolu Ajansı” məlumat yayıb.
Məlumata görə, Muğlanın Fethiye, Balıkesirin isə Altıeylül rayonlarında baş verən yanğınların səbəbi hələ müəyyənləşdirilməyib.
Yanğınların söndürülməsi üçün 2 helikopter, 1 təyyarə, 21 yanğınsöndürən maşın, 6 su çəni, 4 ilkin müdaxilə maşını və 2 texnika olmaqla, ümumilikdə 60 nəfər səfərbər edilib.
Hazırda yanğınların nəzarətə götürülməsi istiqamətində işlər davam etdirilir.
Mənbə: anews.az