Image

Maliyyə Nazirliyi avqustda 146 milyon manatı banklarda depozitə yerləşdirib

 

Azərbaycan Maliyyə Nazirliyi avqustda keçirdiyi altı depozit hərracı vasitəsilə xəzinə hesabının ümumilikdə 146 milyon manat məbləğində qalığını ölkənin kommersiya banklarında müddətli depozitlərə yerləşdirib. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Avqustun 6-da keçirilən iki hərracın nəticələrinə əsasən, xəzinə hesabının 16 milyon manatlıq qalığı iki kommersiya bankında 28 gün müddətinə 6,54%, 25 milyon manatlıq qalığı isə bir kommersiya bankında 84 gün müddətinə 6,54% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Avqustun 13-də keçirilən hərracda 21 milyon manat iki kommersiya bankında 28 gün müddətinə 6,54% orta çəkili faiz dərəcəsi ilə yerləşdirilib.

Avqustun 20-də keçirilən hərracda isə bir kommersiya bankı iştirak edib və 35 milyon manat 84 gün müddətinə 6,53% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Avqustun 27-də keçirilən iki hərracda 19 milyon manat iki kommersiya bankında 28 gün müddətinə 6,52%, 30 milyon manat isə bir kommersiya bankında 84 gün müddətinə 6,54% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Nazirlik bildirib ki, bu cür alətlər vasitəsilə dövlət vəsaitlərinin idarə olunmasında yeni yanaşmaların tətbiqi genişləndirilir və dövlət büdcəsinə əlavə daxilolmaların formalaşdırılması təmin edilir.

Eyni zamanda, xəzinə vəsaitlərinin kommersiya banklarında yerləşdirilməsinin bank sektorunda likvidliyin artmasına töhfə verdiyi qeyd olunub.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 32 dərəcəisti olacaq