Image

Xəzərdə ehtiyatları azalan balıqlar akvakultura təsərrüfatlarında artırılacaq - nazir

Azərbaycanda 2026-cı il dövlət proqramı çərçivəsində Xəzərdə ehtiyatları azalan balıq növlərinin akvakultura təsərrüfatlarında artırılmasına əsas diqqət ayrılacaq. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov anews.az- a açıqlamasında bildirib.

“Dövlət proqramında əsas diqqəti akvakultura sahələrində balıqların artırılmasına yönəldəcəyik. Su Şurasının qəbul etdiyi qərarda məhz akvakultura ərazilərində balıq yetişdirilməsinə subsidiyalar müəyyən edilib”, - nazir deyib. Onun sözlərinə görə, nərə, kütüm və sıf kimi balıq növləri akvakultura təsərrüfatlarında yetişdirilə bilər. “Xəzərdə ov kvotalarını müəyyənləşdirmək üçün tərəfdaşlarımızla birlikdə elmi araşdırmalar aparırıq”, - Məmmədov bildirib. Nazir əlavə edib ki, balıq ehtiyatlarının bərpası məqsədilə “Xəzər dənizinə hər il balıq buraxılması tədbirləri də həyata keçiriləcək”. Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti

Sabah 32 dərəcəisti olacaq