Image

AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir

Sənaye zonaları təchizatçı, alıcı və istehsalçıları birləşdirən ekosistemlərə çevrilir. Bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycan üzrə ölkə meneceri Natali Mouravidze Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.

Onun sözlərinə görə, investorların sənaye zonalarına yanaşması dəyişib. Şirkətlər artıq yalnız zavod tikmək imkanlarını deyil, fəaliyyətlərini genişləndirmək, müxtəlif bazarlara çıxmaq və mövcud ekosistemi qiymətləndirirlər.

Mouravidze bildirib ki, AYİB-in müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr sənaye zonalarının ekosistemlərə çevrilməsinin uğurlu nəticələr verdiyini göstərib və bu komponentlərin Azərbaycanda artıq mövcud olduğunu qeyd edib.

Aytac

Mənbə: anews.az

Xəbər lenti

Sabah 32 dərəcəisti olacaq