ABŞ nümayəndəsi İsmayıllıda iqtisadi əməkdaşlığı müzakirə etdi
ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov ilə görüşüb. Görüş İsmayıllı rayonunda baş tutub.
Tərəflər regionun inkişafı, iqtisadi potensialı, investisiya imkanları və xalqlararası əlaqələrin gücləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Görüş zamanı ABŞ ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasının əhəmiyyəti xüsusi vurğulanıb və bu sənədin ikitərəfli münasibətlərin inkişafı ilə yeni birgə layihələrin reallaşdırılmasına əlavə imkanlar yaratdığı qeyd olunub.
Mənbə: anews.az