Nikol Paşinyan ABŞ nümayəndə heyəti ilə görüşdü
Ermənistanın Baş naziri Nikol Paşinyan Bişkekə səfəri çərçivəsində senator Stiv Deynsin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti ilə görüşüb. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Ermənistan və ABŞ arasında müxtəlif istiqamətlər üzrə strateji tərəfdaşlığın ardıcıl inkişafının vacibliyini vurğulayıblar. Görüşdə regional proseslər və cari hadisələr ətrafında fikir mübadiləsi aparılıb.
Danışıqlarda regional kommunikasiyaların açılmasında və inkişafında mühüm rol oynayan TRIPP layihəsinə xüsusi diqqət yetirilib, onun icra vəziyyəti və gələcək planlar müzakirə edilib.
N.Təbrizli
Mənbə: anews.az