Image

"myGov" istifadəçilərinin sayı 4 milyona çatıb

Azərbaycanda "myGov" platformasından istifadə edənlərin sayı 4 milyon nəfərə çatıb. Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov jurnalistlər üçün keçirilən təlimdə məlumat verib.

Fərid Osmanovun sözlərinə görə, "myGov" ölkədə rəqəmsallaşmanın əsas dayaqlarından biridir və dövlət xidmətlərinin rəqəmsal formata keçirilərək vətəndaşlara vahid platforma üzərindən təqdim olunması prosesi davam edir.

Agentlik rəhbəri dövlət qurumlarının daxili informasiya infrastrukturunun da müasirləşdirildiyini bildirib: "Hər bir qurum üzrə diaqnostika və qiymətləndirmə aparır, rəqəmsal transformasiya üzrə yol xəritələri hazırlayır və onların birgə icrasını təmin edirik".

N.Təbrizli

 

Mənbə: anews.az

Xəbər lenti

Əliyev Putinlə söhbət edib