Image

SOCAR ABŞ-ın nəhəng qaz aktivlərinə 1,65 milyard dollar yatırır

SOCAR ABŞ-ın “Comstock Resources, Inc.” şirkəti ilə strateji tərəfdaşlığın qurulmasına dair Niyyət Məktubu imzalayıb. Razılaşmaya əsasən, SOCAR şirkətin “Legacy Haynesville” upstream aktivlərində 20%, “Western Haynesville” üzrə 15%, həmçinin “Pinnacle Gas Services LLC”də “Comstock”a məxsus payın 15%-ni əldə edəcək.

Əməliyyatın ümumi dəyəri 1,65 milyard ABŞ dolları təşkil edir. Yekun alqı-satqı müqaviləsinin 31 oktyabr 2026-cı il tarixinədək imzalanması, tənzimləyici təsdiqlər alındıqdan sonra sövdələşmənin 31 dekabr 2026-cı ilədək tamamlanması planlaşdırılır. “Comstock” aktivlərin operatorluğunu və idarəetməsini saxlayacaq, tərəflər hasil olunan qazın qlobal bazarlara çıxarılması üzrə əməkdaşlıq edəcəklər.

N.Təbrizli

 

Mənbə: anews.az

Xəbər lenti

Əliyev Putinlə söhbət edib